İranın İraqın Nəcəf şəhərindəki Baş konsulluğunun yandırılması rəsmi Tehranın kəskin etirazına səbəb olub. SİA xəbər verir ki, bu gün İraqın İrandakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim olunub.
Bu barədə məlumat verən İran XİN-in təmsilçisi Abbas Müsəvi nəzərə çatdırıb ki, notada diplomatik nümayəndəliklərə qarşı təxribatçı hərəkətlərin yolverilməz olduğu bildirilib.
İran hökuməti rəsmi Bağdaddan qəti şəkildə cinayətkarların saxlanılaraq məsuliyyətə cəlb olunmalarını tələb edib.
Səfir etiraz notasını hökumətinə çatdıracağını və müvafiq tədbirlərin həyata keçiriləcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB