Çilidə son aylarda baş verən iğtişaşlar zamanı 2200-dən çox polis əməkdaşı yaralanıb

Çilidə son aylarda baş verən iğtişaşlar zamanı 2200-dən çox polis əməkdaşı yaralanıb

Çilidə oktyabr ayının ortalarından bəri davam edən iğtişaşlar zamanı 2200-dən çox polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb.

SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, bu barədə Çili Prezidenti Sebastian Pinera bildirib.

Onun sözlərinə görə, son həftələr ərzində 2210 polis yaralanıb, onlardan 57-si güllə yarası alıb, daha 45-I isə "Molotov kokteyli"ndən yanıq xəsarətləri alıb: “Etirazçılar tərəfindən 188 polis bölməsinə və 1000-ə yaxın polis maşınına hücum edilib".

Qeyd edək ki, Çilinin paytaxtı Santyaqoda 14-dən etibarən nümayişçilərlə polis qüvvələri arasında toqquşma davam edir. Etiraz aksiyalarına səbəb hökumət tərəfindən metronun gediş qiymətinin artırılması olub.

Bütün xəbərlər Facebook səhifəmizdə