Pankisi dərəsində etnik çeçenlər arasında atışma olub

Pankisi dərəsində etnik çeçenlər arasında atışma olub

Gürcüstanın Axmeti rayonunun Sakobiane kəndində (Pankisi dərəsi) iki ailə arasında qarşıdurma olub. AZƏRTAC xəbər verir ki, Pankisi dərəsində kistinlər (etnik çeçenlər) arasında baş verən atışma nəticəsində 1 nəfər ölüb, dörd nəfər yaralanıb.

Mutoşvili və Kavtaraşvili ailələri arasında baş verən mübahisənin dəqiq səbəbləri hələlik məlum deyil. Amma bəzi məlumatlara görə, qanlı dava-dalaşa Pankisidə tikilməsi nəzərdə tutulan su elektrik stansiyası səbəb olub.

Münaqişə nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə