Gürcüstanda birləşmiş müxalifət paytaxt Tbilisidə yenidən aksiya keçirib. SİA-nın verdiyi məlumata əsasən, müxalifət liderlərinin iştirakı ilə Birinci Respublika Meydanından parlamentə qədər yürüş ediblər. Parlamentin binası qarşısında da xeyli sayda adam toplaşıb. Yürüş iştirakçıları da onlara qoşulub.
Rustaveli prospekti bağlanıb. Müxalifət nümayəndələri və ictimai fəallar 2020-ci ildə parlament seçkilərinin proporsional sistem üzrə keçirilməsini tələb ediblər. Mitinq-yürüşün təşkilatçıları parlamentə girişləri bağlayacaqlarını və deputatların bu gün keçiriləcək iclasda iştirakına imkan verməyəcəklərini bildiriblər.
Parlament binasının ətrafına çoxlu sayda polis əməkdaşı cəlb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB