Erməni qubernator bərbəri niyə döydürüb? OLAY

Erməni qubernator bərbəri niyə döydürüb? OLAY

Ermənistanın baş naziri Nikol Paşinyana yaxınlığı ilə seçilən Ararat vilayətinin qubernatoru Qarik Sarkisyanın növbəti dəfə dava-dalaş faktı ortaya çıxıb. SİA xəbər verir ki, bu barədə ölkənin “168 jam” vqəzeti yazır.

“İnsident bu günlərdə onun doğma kəndi olan Nor kyankda baş verib”, yazan erməni nəşri qeyd edir ki, onun şəxsi mühafizəçisinin kənddə yerləşən “Gözəl bağ” restoranındakı toyu ərəfəsində qubernatora zəng gəlib ki, baş nazir nümayəndə heyəti ilə Cermuxdan geri dönür və onu vilayət administrasiyasının binasında qarşılamaq lazımdır. Bundan sonra Sarkisyan kəndin bərbərinə gedərək, təraş olunmaq istəyib və bərbər növbənin olduğunu deyərək, üzr istəyib. Sonuncu isə bərbər tərəfindən ona qarşı göstərilən bu münasibəti özünə təhqir hesab edib və oradan çıxıb. Sonra isə şəxsi sürücüsünü bərbərin yanına “haqq-hesab çürütməyə” göndərib. Nəticədə bərbər Serob döyülüb. Onun döyənin isə sürücü deyil, qubernatorun qardaşı olduğu bildirilir.

“Bu da son deyil”, yazan qəzet qeyd edir ki, baş verənlərdən sonra o Serobu təhdid edib və bildirib ki, bundan sonra kəndin ərazisinə çıxmasın, əks halda hər dəfə döyüləcək: “Kino burada da başa çatmayıb. Qubernator qərara gəlib ki, bərbərxananı bağlasın. Artıq bir neçə gündür ki, Serobun ülgüc və qayçısına öyrənən kənd sakinləri baş verənlər barədə hiddətlə danışırlar və qeyd edirlər ki, bərbər artıq bir neçə gündür ki, döyülməsi qorxusundan Norkyank kəndinə gəlmir”.

Erməni nəşrinin jurnalisti həmin bərbərlə əlaqə yaradaraq, baş verənlərin həqiqət olduğunu öyrənib və o da məlum olub ki, Serob qorxusundan hətta polisə belə müraciət etməmək qərarına gəlib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə