Finlandiyanın aparıcı aviadaşıyıcısının – “Finnair” şirkətinin əməkdaşları tətilə başlayıblar. AZƏRTAC xəbər verir ki, aviaşirkətin əməkdaşları ümummilli tətilə Finlandiyanın poçt işçiləri ilə həmrəylik əlaməti olaraq qoşulublar. “Finnair” şirkəti tətil nəticəsində təqribən 300 reysi ləğv etmək məcburiyyətində qalıb.
Finlandiya poçtunda tətil “Posti” Dövlət Poçt Xidmətinin əməkdaşlarının maraqlarını təmsil edən həmkarlar ittifaqları əməkhaqqının nəzərdə tutulan azaldılması məsələsində razılaşma əldə edə bilmədikdən sonra başlayıb. Uzun sürən danışıqlar nəticəsiz qaldığı üçün təqribən 9 min poçt əməkdaşı ikihəftəlik tətil elan edib, Finlandiya aeroportlarının əməkdaşlarının həmkarlar ittifaqı isə həmrəylik əlaməti olaraq onlara qoşulub.
Proqnozlara görə, aviadaşıyıcı tətil nəticəsində xeyli ziyana düşəcək, çünki Helsinki aeroportu uçuşlar üçün əsas qovşaqdır. Şirkət sosial şəbəkələrdəki səhifəsində elan edib ki, sabah təqribən 300 reys təxirə salınacaq. Nəticədə təqribən 20 min sərnişin zərər çəkəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB