Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı

Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib. SİA Rusiya KİV-nə istinadən xəbər verir ki, iclas Purinin “Normand dördlüyü” çərçivəsində Parisdə keçirəcəyi görüşlərə həsr olunub.

Dekabrın 9-da Parisdə baş tutacaq görüşdə Rusiya liderinin Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü nəzərdə tutulub. Bundan başqa, Fransa prezidenti və Almaniya kansleri də görüşə qatılacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə