Suriya ərazisində terror aktı olub 2 ölü, 1 yaralı

Suriya ərazisində terror aktı olub 2 ölü, 1 yaralı

Suriya ərazisindəki Kilis mahalı və Azezin mərkəzinə yerləşdirilən bomba partladılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata əsasən, terror aktı nəticəsində 2 nəfər ölüb, 1 mülki şəxs yaralanıb. Həmçinin partlayış nəticəsində ətrafa maddi ziyan dəyib. Təhlükəsizlik qüvvələri hücumun terror təşkilatı YPG / PKK tərəfindən təşkil edildiyi ehtimal edilir.

Qeyd edək ki, Azezin cənub-qərbindəki Tel Rifatı işğal edən YPG / PKK bu bölgəni tez-tez hədəfə alır.

Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə