Ermənistan yenə işıqsız qaldı

Bu gün İrəvanda və Ermənistanın 6 rayonunda elektrik enerjisi kəsiləcək və həmin ərazilər işıqsız qalacaq. SİA Ermənistana məxsus 1in.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə məlumatı “Ermənistan elektrik şəbəkəsi” Qapalı Səhmdar Cəmiyyəti yayıb.

Qurumun yaydığı məlumata görə, şəbəkədə olan problemlərin mövcudluğu və təmir işləri ilə əlaqədar 25 noyabr tarixində qəzaların olmaması üçün Ermənistanın bir çox yerlərində elektrik enerjisinin verilməsi dayandırılacaq və tamamilə kəsiləcək. Məlumatda həmçinin qeyd olunur ki, Ermənistanın 6 rayonu ilə yanaşı paytaxt İrəvanda da elektrik enerjisi tamamilə kəsiləcək və hətta paytaxt sakinləri belə işıqsız qalacaq. Elektrik enerjisi kəsilən ərazilərin siyahısı təsdiq edir ki, 25 noyabr tarixində, yəni bu gün demək olar ki, bütün Ermənistan işıqsız qalır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə