Konqoda baş vermiş təyyarə qəzasında bir ailənin 7 üzvü həlak olub

Konqoda baş vermiş təyyarə qəzasında bir ailənin 7 üzvü həlak olub

Konqo Demokratik Respublikasının şərqindəki Qoma şəhərində “Busy Bee” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 29 nəfər ölüb, daha 16 nəfər isə xəsarət alıb.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bundan əvvəl verilən məlumatda “Dornier-228” tipli sərnişin təyyarəsinin havaya qalxdıqdan üç dəqiqə sonra qəzaya uğradığı bildirilirdi.

Həmin vaxt 24 nəfərin öldüyü deyilsə də, sonradan xilasedicilər daha 3 cəsədi dağıntılar altından çıxarıb, ölənlərdən yeddi nəfəri eyni ailənin üzvləri olub. Yaralıların hamısının xəstəxanalara yerləşdirildiyi bildirilir.

Qeyd edək ki, təyyarə yaşayış evinin üzərinə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə