Çilidə hökümət əleyhinə keçirilən etiraz aksiyaları zamanı bank filiallarından biri qarət olunub

Çilidə hökümət əleyhinə keçirilən etiraz aksiyaları zamanı bank filiallarından biri qarət olunub

Çilidə hökümət əleyhinə keçirilən etiraz aksiyaları zamanı Santyaqo şəhərindən kənarda yerləşən bank filiallarından biri qarət olunub.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, naməlum şəxslər tərəfindən bankdan 150 milyon peso (təxminən 190 min dollar), 16 min dollar, 3 min 800 avro və iki odlu silah oğurlanıb.

Qeyd edək ki, Çilidə iğtişaşlara səbəb oktyabrın 14-də hökumət tərəfindən metro gedişinin qiymətinin artırılması olub. Santyaqoda başlanan etiraz aksiyalarına sonrakı mərhələdə digər şəhərlər də qoşulub. Bu müddət ərzində 2300-dən çox nümayişçinin yaralandığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə