İranda baş vermiş iğtişaşlara rəhbərlik edən 180 nəfər həbs olunub

İranda baş vermiş iğtişaşlara rəhbərlik edən 180 nəfər həbs olunub

İranda yanacağın qiymətinin artımından sonra baş vermiş iğtişaşlara rəhbərlik edən 180 nəfər həbs olunub.

SİA "APA"ya istinadən xəbər verir ki, bunu İran polisi bu gün mətbuata açıqlamasında deyib.

Məlumatda bildirilib ki, iğtişaşın təşkilatçıları xalqın köməyi ilə təhlükəsizlik qüvvələri tərəfindən müəyyən olunub və həbs edilib.

Qeyd edək ki, bundan öncə İran ədliyyəsinin sözçüsü Qulamhüseyn İsmaili noyabrın 22-də demişdi ki, “İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) ölkənin müxtəlif yerlərində etirazların 100-dək liderini və aparıcı fiqurunu həbs edib”.

Bütün xəbərlər Facebook səhifəmizdə