Yəməndə etirazçılara atəş açılıb

Yəməndə etirazçılara atəş açılıb
Yəmənin paytaxtı olan Sanadə etiraz aksiyası keçirilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, dövlət başçısı Əli Abdullah Salehin 32 illik hakimiyyətinin sona çatmasını istəyən etirazçılar polislərin atəşinə tuş gəliblər. Polislərin açdığı güllələrdən 65 nəfərin yaralandığı və 6 nəfərin vəziyyətinin ağır olduğu bildirilib.
Minlərlə etirazçının Sana Universiteti qarşısında düşərgə qurduğu söylənilib. Yəmənin rəsmi xəbər agentliyinin məlumatında qarşıdurmada 3 vətəndaşın və 3 polis məmurunun yaralandığı və 10 min qədər nümayişçinin Dhamar şəhərinə piyada getdiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, ölkədə həftələrlə davam edən nümayişdə 27 nəfərin həyatına son qoyulduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə