Moskvanın şimal-şərqində ana özünü iki azyaşlı övladı ilə birgə 9-cu mərtəbədən atıb

Moskvanın şimal-şərqində yerləşən Babuşkinski rayonunun Çiçerin küçəsindəki 6 nömrəli yaşayış binasının yaxınlığında bir qadın və azyaşlı uşağın cəsədi tapılıb.

SİA “İnterfax.ru” saytına istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib.

İlkin məlumata görə, ana özünü iki azyaşlı övladları ilə birgə 9-cu mərtəbədən atıb. Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım briqadası uşaqlardan birinin sağ olduğunu bildirib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Uşqalardan birinin 6 aylıq qız, digərinin isə altı yaşlı oğlan olduğu deyilir.

Hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi (qətl) ilə cinayət işi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə