Cənubi Koreyada hərbi laboratoriyada partlayış olub Ölən və yaralananlar var

Cənubi Koreyanın paytaxtı Seulda Müdafiə İnstitutunun laboratoriyasında partlayış baş verib. SİA-nın verdiyi məlumata görə, hadisə nəticəsində bir əməkdaş həlak olub. Daha beş nəfər xəsarət alıb. Partlayışdan sonta laboratoriyada yanğın başlayıb.

Yanğının söndürülməsi üçün 30 texnika və 120 yanğınsöndürən cəlb edilib. Hazırda laboratoriyada hansı təcrübələrin aparılması ilə bağlı araşdırmalar aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə