Boliviyada müxalifətçi senator prezident səlahiyyətlərini öz üzərinə götürüb

Boliviyada müxalifətçi senator Janin Anyes prezident səlahiyyətlərini öz üzərinə götürdüyünü açıqlayıb.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, o, ölkədə tez bir zamanda prezident seçkilərinin keçiriləcəyini deyib.

Anyesin sözlərinə görə, bu, Boliviya MSK-nın yeni tərkibinin təyin olunmasından sonra baş verəcək. Anyes razılaşdırılmış konstitusiya nizamnaməsinə uyğun olaraq dərhal prezident vəzifələrini icra edəcəyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə