İsrailin baş nazir müavini Dan Meridor "Likud" Partiyasının Fələstin Muxtariyyətinə daha çox torpaq verilməsini dəstəkləyəcəyini bildirib. SİA-nın Türkiyənin "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, Dan Meridor belə bir addımın İsrail üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb. Baş nazir Binyamin Netanyahunun "Likud" Partiyasında keçiriləcək və İsrailin Fələstin Muxtariyyətinə Qərbi Şeriadan daha çox torpaq verilməsini nəzərdə tutan səsvermədən müvəffəqiyyətlə çıxacağına inandığını söyləyib.
Meridor torpaq transferinin həm kabinetdə, həm də xalq arasında dəstək tapacağını qeyd edib. "Əgər İsrail təşəbbüsü ələ almazsa bütün dünya 1967-ci il sərhədləri ilə bir Fələstin dövlətini tanıya bilər" deyən baş nazir müavini fələstinlilərin 1967-ci il sərhədlərinə söykənən dövlət tələbinin qəbuledilməz olduğunu söyləyib.
D.Meridorun açıqlaması B.Netanyahunun qarşıdakı günlərdə Fələstinlə sülh əldə etmək üçün yeni bir cəhd edəcəyi ilə bağlı xəbərlərdən sonra gəlməsi diqqət çəkir. "Likud" Partiyasından olan millət vəkili Tzipi Hotoveli isə Meridorun təklifinə qarşı çıxıb. O, Meridorun təklifinin "Likud" millət vəkillərinin çoxu tərəfindən qəbul edilmədiyini ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB