“Boliviyaya səyahət” xəbərdarlığı

Türkiyə Xarici İşlər Nazirliyi 20 oktyabr tarixində Boliviyada keçirilən prezident seçkilərindən sonra, ölkənin bəzi şəhərlərində baş verən kütləvi aksiyalara görə, Türkiyə vətəndaşlarına səyahətlə bağlı xəbərdarlıq edib.

SİA-nın CNNTürk-ə istinadən verdiyi məlumata görə, nazirliyin rəsmi saytında "Boliviya üçün səyahət xəbərdarlığı" adı altında bəyanat yayımlanıb. Açıqlamada kütləvi aksiyaların baş verdiyi ərazilərin, başda La Pas olmaqla, Potosi, Sukre, Santa Cruz de la Sierra, Koçabamba, El Alto, Oruro və Tarija şəhərləri olduğu bildirilib. Bundan başqa turist kimi və ya ticarət məqsədilə Boliviyaya getməyi planlaşdıran, həmçinin Boliviyada yaşayan Türkiyə vətəndaşlarının iğtişaşların, qarşıdurmaların baş verdiyi ərazilərdən kənar durmaları və diqqətli olmaları bildirilib. Hadisə ilə bağlı yenilikləri yerli mətbuat orqanlarından izləmələri və Türkiyənin La Pas şəhərindəki səfirliyi ilə əlaqədə olmaları tövsiyə olunub.

Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə