Meksikada bir qrup fəala hücum olub ölənlər var

Meksikada bir qrup fəala hücum olub ölənlər var

Meksikanın Çiuaua ştatında bir qrup fəala silahlı hücum olub. SİA-nın verdiyi məlumata görə, hücum nəticəsində azı 9 nəfər həlak olub. Qeyd olunur ki, hücuma insan oğurluğuna qarşı mübarizə aparan fəal Xulian LeBaronun yaxınları məruz qalıb.

Həlak olanlardan 6 nəfərin uşaq oluğu qeyd edilir. Bundan başqa, hücum edənlərin iki avtomobil və daha 12 nəfəri qaçırdıqları deyilir.

Hazırda polis və hərbçilər tərəfindən birgə axtarış aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə