TSQ İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin bacısını saxlayıb
Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriyanın şimalında İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin bacısını saxlayıb.
SİA xəbər verir ki, bu barədə “Reuters” agentliyi Türkiyə hakimiyyətinin yüksək səviyyəli nümayəndəsinə istinadən məlumat yayıb.
“Rəsmiyə Avad Azaz kəndi yaxınlığında tutulub. Əl-Bağdadinin bacısından İŞİD-in daxili fəaliyyəti ilə bağlı dəyərli məlumatları öyrənməyə ümid edirik”, - deyə agentlik həmin mənbənin sözlərini sitat gətirib.
Hazırda İŞİD liderinin bacısı sorğulanır. R.Avadla birgə onun əri və gəlininin də saxlanıldığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB