Türkiyə Silahlı Qüvvələrinin Suriya əməliyyatında iştirak edən hərbçilərindən daha biri şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin Suriya əməliyyatında iştirak edən hərbçilərindən daha biri şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin Suriyada Fərat çayının şərqində davam etdirdiyi “Sülh çeşməsi” antiterror əməliyyatında iştirak edən hərbçilərindən daha biri şəhid olub.

SİA Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi internet saytına istinadla xəbər verir ki, çavuş Suat Topçu terrorçuların əvvəlcədən basdırdığı əldədüzəltmə bombanı zərərsizləşdirmək istəyərkən partlayış baş verib və nəticədə hərbçi həyatını itirib.

Milli Müdafiə naziri Hulusi Akar şəhidin ailəsinə başsağlığı verib.

Bütün xəbərlər Facebook səhifəmizdə