İstanbulda kütləvi zəhərlənmə olub

İstanbulda kütləvi zəhərlənmə olub

İstanbulda kütləvi zəhərlənmə baş verib. SİA-nın verdiyi məlumata görə, bu səbəbdən Esenyurt rayonunda 44 nəfər xəstəxanaya yerləşdirilib. Qeyd olunur ki, zəhərlənməyə bazarlarda satılan ispanağa bənzər göyərti səbəb olub.

Məlumata görə, zəhərlənənlərin hamısı Türkiyə vətəndaşlarıdır, bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə