Təhlükəsiz bölgə yaradılıb. 94 min Suriyalı miqrant evinə geri qayıdıb

Təhlükəsiz bölgə yaradılıb. 94 min Suriyalı miqrant evinə geri qayıdıb

Türkiyə və Suriya ordularının “Sülh Çeşməsi” hərəkatı ilə YPG terror qruplaşmasının yerləşdiyi bölgələrdən təmizlənməsi ilə suriyalı miqrantlar evlərinə geri qayıtmağa başlayıb. SİA bunu Türkiyə mətbuatına istınadən xəbər verir.

Terrorçulardan təmizlənən bölgələrdə artıq normal həyat yenidən başlayıb. “Sülh Çeşməsi” hərəkatı nəzdində YPG-li terrorçular tərəfindən minalanmış bir çox ərazilər də minalardan təmizlənib. Birləşmiş Millətlər Təşkilatı İnsan Haqqları Koordinasiya Mərkəzinin mətbuat katibi Yens Laerke, “Sülh Çeşməsi” hərəkatı nəzdində terrorçulardan təmizlənən ərazilərə 10 gündə 94 min miqrantın Suriyaya geri qayıtdığını bildirib.

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə