Rusiyanın "Zaliv Amerika" adlı tankerində partlayış baş verib

Rusiyanın "Zaliv Amerika" adlı tankerində partlayış baş verib

Rusiyanın Naxodka limanında "Zaliv Amerika" adlı tankerdə partlayış baş verib.

SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, partlayış nəticəsində tankerdə olan heyət üzvlərindən iki nəfər ölüb, bir nəfər itkin düşüb.

Limanın Təcili Xilasetmə Bölməsi faktı təsdiqləyib. Lakin partlayışın başvermə səbəbləri barədə əlavə məlumat verilməyib.

Hadisə ilə bağlı araşdırmaya başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə