Qəzza zolağından İsrail ərazisinə 10 raket atılıb

Qəzza zolağından İsrail ərazisinə 10 raket atılıb

Qəzza zolağından İsrail ərazisinə 10 raket atılıb.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, hava hücumu nəticəsində bir nəfər xəsarət alıb.

Yerli Təcili Yardım Xidməti bildirib ki, yüngül xəsarət alan 65 yaşlı qadın xəstəxanaya yerləşdirilib.

İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, cümə axşamı Qəzza zolağından İsrail ərazisinə atılan on raketdən səkkizi "Dəmir günbəz" raketdən müdafiə sistemi tərəfindən məhv edilib. Raketlərdən biri isə ölkənin cənubundakı Sderot şəhərindəki yaşayış binasını dağıdıb. Xəsarət alan olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə