Tumen-Sankt-Peterburq reysi üzrə uçan “SSJ 100” sərnişin təyyarəsi məcburi eniş edib

Tumen-Sankt-Peterburq reysi üzrə uçan “SSJ 100” sərnişin təyyarəsi məcburi eniş edib

Rusiyanın “Yamal” Hava Yollarına məxsus, Tumen - Sankt-Peterburq reysi üzrə uçan “Sukhoi Superjet 100” sərnişin təyyarəsi havaya qalxdıqdan bir qədər sonra məcburi eniş edib.

SİA "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb təyyarənin sol mühərrikində yaranmış nasazlıq olub.

Yerli Aviasiya xidmətinin və Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərdə bildirilib ki, içərisində 80 sərnişinin və 6 ekipaj üzvünün olduğu təyyarə normal eniş edib, xəsarət alanlar olmayıb.

Qeyd edək ki, “RA-89081” nömrəli sözügedən təyyarə 2017-ci ilin aprel ayında istehsal edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə