Şavkat Mirziyoyev Dmitri Medvedev ilə görüşüb

Şavkat Mirziyoyev Dmitri Medvedev ilə görüşüb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Rusiyanın Baş Naziri Dmitri Medvedev ilə görüşüb.Özbəkistan Prezidentinin mətbuat xidmətinin məlumatında deyilir ki, görüşdə ölkələr arasında ticari-iqtisadi, sərmayə qoyuluşu, kooperasiya, neft-qaz, energetika, nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil, turizm, mədəni-humanitar və digər sahələrdə əlaqələrin dərinləşdirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb. Söhbət zamanı regional və beynəlxalq məsələlər ətrafında da müzakirələr olub.

Bütün xəbərlər Facebook səhifəmizdə