Albaniyada 5.2 bal gücündə zəlzələ olub

Albaniyada 5.2 bal gücündə zəlzələ olub

Albaniyanın Coğrafiya, enerji, su və ətraf mühit İnstitutu Gorice bölgəsindəki İrs kəndinin mərkəzində 5.2 bal gücündə zəlzələnin meydana gəldiyini söyləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, zəlzələ Albaniyanın fərqli şəhərlərində, eləcə də qonşu Makedoniyanın bəzi şəhərlərində hiss edilib. Ölüm eləcə də, əmlak itkisi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, sentyabrın 21-də Albaniyada 5,8 bal gücündə zəlzələ baş verib, 132 nəfər xəsarət alıb və 600-dən çox binaya ziyan dəyib.

Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə