Türkiyə Prezidenti ilə Böyük Britaniyanın Baş naziri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.

SİA "sozcu.com.tr" saytına istinadən xəbər verir ki, Ərdoğanla Conson Türkiyənin hazırkı antiterror əməliyatını müzakirə ediblər.

Türkiyə prezidenti aparılan əməliyyatın məqsədi barədə Böyük Britaniyanın baş nazirinə məlumat verib.

"Suriyada PKK/YPG və İŞİD təhlükəsi aradan qalxanadək və Suriyalı qaçqınlar öz yurd-yuvalarına sərbəst şəkildə dönənədək antiterror əməliyyatı davam edəcək", - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə