İranda müxalifət liderlərinin taleyi müəmmalı olaraq qalır

İranda müxalifət liderlərinin taleyi müəmmalı olaraq qalır
Mirhüseyn Musəvi və Mehdi Kərrubi ev dustaqlığından azad olunaraq başqa yerə köçürülüblər. SİA-nın CNN-ə istianədən verdiyi xəbərə görə, bu barədə İnsan Hüquqları Təşkilatı məlumat verib. Müxalifət üzvləri ittiham olunmadan, gizli və ciddi rejimdə həbs olunaraq başqa istiqamətə aparılıblar. Kərrubininin şahidləri hüquq müdafiəçilərinə müxalifətçinin evinin boş, pəncərələrinin sındırıldığı barədə məlumat veriblər.

Musəvinin qızları da həmçinin atalarının mühafizəçilərin müşaiyyəti altında aparıldığını bildiriblər. Müxaliflər öz tərəfdaşlarını martın 1-də kütləvi etiraz aksiyası keçirməyə çağırırlar.

İnsan hüquqları təşkilatı həmçinin qeyd edib ki, təhlükəsiz ev həm də böyük simaların gizli saxlanması və mühafizə olunması üçün də yer hesab olunur. Bu evə məhkəmə orqanları tərəfindən nəzarət olunmur. İranın Çevriliş Qvardiyası və kəşfiyyatçıları bu cür təhliükəsiz evlərdən nə üçün istifadə olunduğu barədə informasiyaya malikdirlər. Onlar bilirlər ki, təhlükəsiz ev adlanan bu evlər vasitəsilə saxlanılan məıhbuslardan hansı metod və üsullar vasitəsilə söz alınır.

Təhlükəsiz evlərdən istifadəni nəzərə alaraq Musəvinin və Kərrubinin belə obyektlərdə yerləşdirilməsi təşkilatı narahat edir.

Bütün xəbərlər Facebook səhifəmizdə