Fransa Liviyadakı səfirliyini bağlayıb

Fransa Liviyadakı səfirliyini bağlayıb

Fransanın Xarici İşlər Nazirliyi Liviyadakı səfirliyinin müvəqqəti olaraq bağlandığını bəyan edib. SİA-nın xəbərinə görə, nazirlik Liviyada yaranmış ağır vəziyyət və səfirliyin əməkdaşlarının həyatlarnın təhlükəsizliyini təmin etmək məqsədi ilə belə zəruri addımın atıldığını bildirib.

Fransaya məxsus təyyarə fevralın 27-də Liviyadan 122 nəfəri gətirib. Sərnişinlərdən 28 nəfərin məhz fransız vətəndaşı olduğu, onlar arasında isə səfirliyin bir çox əməkdaşının ölkəyə qayıtdığı bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə