Yeni Zellandiyada 145 ölü

Yeni Zellandiyanın ikinci böyük şəhəri Kraystçerçdə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 145-ə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 200 nəfər hələ də dağıntılar altındadır.

 

Yeni Zellandiya baş naziri Con Key zəlzələnin ölkə tarixində ən faciəli hadisə ola biləcəyini bildirib. O, ölkə əhalisini çərşənbə axşamı ölənlərin iki dəqiqəlik sükutla yad edilməsinə çağırıb.

 

Qeyd edək ki, zəlzələ 22 fevralda baş verib. Zəlzələnin gücü rixter cədvəli ilə 6,3 balla qiymətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə