Səudiyyə Ərəbistanında qatar stansiyasındakı yanğın zamanı ən az 5 nəfər yaralanıb

Səudiyyə Ərəbistanında qatar stansiyasındakı yanğın zamanı ən az 5 nəfər yaralanıb

Səudiyyə Ərəbistanının Ciddə şəhərində qatar stansiyasında baş verən yanğında ən az 5 nəfər yaralanıb.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli rəsmi dairələr məlumat yayıb.

“Ciddə şəhərindəki dəmir yolu vağzalında baş vermiş yanğın zamanı xəsarət alan 5 nəfər xəstəxanaya çatdırılıb. Hadisə yerinin müxtəlif tərəflərində 16 tibbi yardım briqadası çalışır”, - deyə Məkkə dairəsi administrasiyasının “Twitter” hesabında bildirilib.

Qeyd olunur ki, yanğın vağzalın damında baş verib, hadisə yerinə yanğınsöndürənlər cəlb olunb.

Bütün xəbərlər Facebook səhifəmizdə