Gələn həftə Polşanın paytaxtında Varşava Təhlükəsizlik Forumu keçiriləcək

Gələn həftə Polşanın paytaxtında Varşava Təhlükəsizlik Forumu keçiriləcək

Oktyabrın 2-3-də Polşanın paytaxtında Varşava Təhlükəsizlik Forumu keçiriləcək.

SİA xəbər verir ki, builki forumun əsas diqqəti NATO-nun yaranmasının 70, Polşanın NATO-ya üzvlüyünün 20, Polşanın Avropa Birliyinə üzvlüyünün 15 və Azərbaycanın da daxil olduğu “Şərq Tərəfdaşlığı” layihəsinin 10 illiyinə və bu illər ərzində görülən işlərin müzakirəsinə yönəldilib.

Forum təşkilatçılarının mətbuata açıqlamasında deyilir ki, beynəlxalq tədbirdə 1200-dən çox qonağın iştirakı təsdiqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə