Türkiyənin Sakarya Vilayətində yerləşən Taşkısısığı ərazisindəki hərbi hissədə kütləvi zəhərlənmə baş verib. SİA-nın verdiyi məlumata görə, sentyabrın 28-də axşam yeməyindən sonra narahat olan 143 hərbçi yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Sakarya Valiliyinin məlumatına görə, baş verənlər Türkiyə vaxtı ilə saat 22.30-dan sonra müşahidə olunub. Bildirilir ki, hərbçilərdən 63-ü ilkin müayinədən sonra hərbi hissəyə qaytarılıb, 73-ü tibbi nəzarətə götürülüb, 7-si isə xəstəxanaya yerləşdirilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB