Venesuelalı nümayəndənin çıxışı zamanı bəzi nümayəndə heyətləri BMT BA-nın iclasını tərk edib

Venesuelalı nümayəndənin çıxışı zamanı bəzi nümayəndə heyətləri BMT BA-nın iclasını tərk edib

Venesuelanın vitse-prezidenti Delsi Rodriqesin çıxışı zamanı bir neçə ölkədən olan nümayəndə heyəti BMT Baş Assambleyasının zalını tərk edib.

SİA xəbər verir ki, bu barədə Baş Assambleyanın plenar iclasından “TASS” agentliyinin müxbiri məlumat verib.

Zalı ilk tərk edən ABŞ və Kolumbiyadan olan nümayəndə heyətləri olub. amerikalı diplomatlardan biri salondan çıxmazdan əvvəl stulunun arxasını masaya doğru əyib.

Rodriqesin çıxışından 30 dəqiqə əvvəl BMT-nin qərargahındakı vəziyyət nəzərəçarpacaq dərəcədə gücləndirilib. Mətbuat üçün eyvanda təhlükəsizlik xeyli möhkəmləndirilib, jurnalistlərin özlərindən ilk iki cərgə sona doğru keçmələri tələb olunub. Təxminən 20 nəfərin olduğu mühafizəçilər təxribatların qarşısını almaq məqsədilə nəzarəti artırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə