Yaponiyaya məxsus təyyarə Xabarovsk hava limanına məcburi eniş edib
Vyanadan Tokioya uçan sərnişin təyyarəsi təcili olaraq Xabarovsk hava limanına məcburi eniş edib.
SİA “RİA Novosti”yə istinadla xəbər verir ki, Yaponiyanın “ANA” aviaşirkətinə məxsus “Boeing 787” təyyarəsinin göyərtəsində 206 nəfər - 194 sərnişin, 12 ekipaj üzvü olub.
Pilotlar təyyarənin sol mühərrikdə yağ təzyiqinin aşağı düşdüyünü qeyd ediblər.
Dərhal təcili yardım briqadaları hava limanına cəlb edilib. Lakin eniş uğurlu olduğundan sərnişinlərin heç birinin tibbi yardıma ehtiyacı olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB