ABŞ İranla bağlı sanksiya siyahısını genişləndirib

ABŞ İranla bağlı sanksiya siyahısını genişləndirib

ABŞ İranla bağlı sanksiya siyahısını genişləndirib. SİA-nın verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, Çinin beş vətəndaşı və beş şirkəti sanksiyalara məruz qalıb.

Qeyd edək ki, ABŞ prezidenri Donald Tramp Maliyyə Nazirliyinə İrana qarşı sanksiyaları genişləndirməklə bağlı təlimat vermişdi.

Bundan sonra Vaşinqton İran Mərkəzi Bankına və Milli İnkişaf Fonduna qarşı sanksiyalar tətbiq edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə