ABŞ Nümayəndələr Palatası prezident Donald Trampa qarşı impiçment proseduruna başlayır
ABŞ Nümayəndələr Palatası prezident Donald Trampa qarşı impiçment proseduruna başlayır.
SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Nümayəndələr Palatasının spikeri Nensi Pelosi açıqlama verib.
İmpiçmentdəki ittihamlarda ABŞ prezidenti də daxil olmaqla qanun pozuntuları, dövlətə xəyanət, rüşvət və ya digər ağır cinayətlərdə günahlandırılan federal işçilərinin vəzifədən uzaqlaşdırması tələb edilir.
Qeyd edək ki, bu günə qədər ABŞ tarixində dövlət başçısına qarşı impiçment proseduru cəmi üç dəfə olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB