Pakistanda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb

Pakistanda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb

Pakistanın Hindistanla sərhədində-Azad Kəşmir və Pəncab əyalətlərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb, 300-dən artıq adam yaralanıb.

SİA "sozcu.com.tr" saytına istinadən xəbər verir ki, zəlzələ Rixter cədvəli üzrə 6,3 bal gücündə olub. Zəlzələnin gücündən magistral yollarda böyük çatlar əmələ gəlib. Bəzi yerlərdə yollar bağlanıb. Məlumatda bildirilir ki, ölənlərin və yaralananların sayı arta bilər. Yaralananların əksəriyyətinin vəziyyətinin ağır olduğu bildirilir.

Fəlakət zonasında axtarış-xilasetmə işləri davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə