Böyük Britaniyanın müxalif Leyboristlər Partiyasının lideri Ceremi Korbin baş nazir Boris Consonu istefaya çağırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Boris Consonu tarixi terminlərdən istifadə edərək "mövqeyindən əl çəkməyə" və hakimiyyətdə ən az olan baş nazir olmağa dəvət edirəm", - C.Korbin deyib.
C.Korbin həmçinin parlamentin fəaliyyətinin bərpa edilməsini də istəyib. Qeyd edək ki, daha əvvəl Böyük Britaniya Ali Məhkəməsi baş nazir Boris Consonun təşəbbüskarı olduğu parlamentin fəaliyyətinin dayandırılmasını qanunsuz elan edib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB