İsrail Baş Naziri ölkəsinin Ağ Ev yaxınlığında izləyici cihazlar quraşdırması barədə məlumatları inkar edib
İsrail Baş Naziri Benyamin Netanyahu ölkəsinin Ağ Ev yaxınlığında izləyici cihazlar quraşdırması barədə məlumatları inkar edərək bunun “tamamilə uydurma” olduğunu bildirib.
SİA xəbər verir ki, “amerikanın səsi”nə danışan İsrail səfirliyinin sözçüsü də “Politico” xəbər saytının məlumatını rədd edərək, “İsrail ABŞ daxilində espionaj əməliyyatları keçirmir” deyə bildirib.
Qeyd edək ki, anonim mənbələrə istinad edən “Politico” cihazların bir müddət əvvəl tapıldığını yazıb. Saytın xəbərinə görə, “StingRay” kimi tanınan kiçik izləyici cihazlar “güman ki, Prezident Donald Trampı izləmək üçün qoyulub”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB