Tailand və Kolumbiyada ağır yol-nəqliyyat qəzası baş verib

Tailand və Kolumbiyada ağır yol-nəqliyyat qəzası baş verib

Tailandın şimalında yerləşən Nan vilayətində ağır yol-nəqliyyat qəzası baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata əsasən, içərisində 31 nəfərin olduğu sərnişin avtobusu təxminən 300 metr hündürlükdən dərəyə yuvarlanıb. Nəticədə, 11 nəfər ölüb, 17 nəfər xəsarət alıb, 3 nəfər isə itkin düşmüş hesab olunur. İlkin ehtimala görə, qəzaya sürücünün ehtiyatsızlığı səbəb olub. Hadisə yerində axtarış-xilasetmə işləri görülür.

 

Analoji hal Kolumbiyada qeydə alınıb. Kolumbiyanın mərkəzi hissəsində yerləşən Kundinamarka departamentində ağır yol-nəqliyyat qəzası baş verib. Verilən məlumata əsasən, içərisində 20 nəfərin olduğu sərnişin avtobusu sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı qayaya çırpılıb. Avtobusun 3 hissəyə bölünərək dərəyə aşdığı bildirilib. Nəticədə, 10 nəfər ölüb, digər 10 nəfər isə xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə