Seul və Pxenyan arasında yenidən gərginlik

Seul və Pxenyan arasında yenidən gərginlik

Cənubi koreya, Şimali koreyanın yeni raket sınağları ilə əlaqədər çox ciddi narahatdır. Bu barədə ölkənin milli təhlükəsizlik şurası çərşənbə axşamı yaydığı bəyanatda deyir. SİA-nın verdiyi məlumata görə, Cənubi koreyanın milli təhlükəsizlik şurası görüş keçirdiblər.

İştirakçılar bu ilin may ayından bəri Şimali Koreyada davam edən qısa məsafəli raketlərin atılmasından ciddi narahatçılığın olduğunu bildiriblər. Həmçinin görüş iştirakçıları Koreya yarımadasında təhlükəsizlik sahəsində ümumi vəziyyəti müzakirə ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə