İranın qərbində yerləşən Lorestan vilayətinin Əliqudərz rayonunda mikroavtobus dərəyə aşıb. Trend-in məlumatına görə, bunu İranın Lorestan vilayətinin Əluqudərz rayonunun qubernatoru Həmid Kəşküli deyib.
H.Kəşkülinin sözlərinə görə, hadisə nəticəsində 5 nəfər həlak olub, 16 nəfər yaralanıb. Qubernator əlavə edib ki, yaralılar vertolyot və təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar. Sərnişinlərin hamısı Əfqanıstan vətəndaşlarıdır. Hadisənin səbəbi araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB