Rusiya Federasiyasında vahid səsvermə günü başa çatıb

Rusiya Federasiyasında vahid səsvermə günü başa çatıb

Rusiya Federasiyasının 85 bölgəsində vahid səsvermə günü başa çatıb.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, ümumilikdə ölkə üzrə müxtəlif səviyyələrdə 5 mindən çox yerlərə, o cümlədən 13 qanunverici məclisə seçkilər keçirilib.

Qeyd edək ki, sentyabrın 8-də keçirilən birbaşa seçkilər zamanı 16 bölgədə qubernatorlar, 22 inzibati mərkəzdə şəhər duması, üç regional paytaxtda bələdiyyə başçıları seçilib. Bundan əlavə, Dövlət Dumasında dörd birmandatlı seçki dairəsində (Xabarovsk diyarı, Novqorod, Sverdlovsk və Orel bölgələrində) əlavə seçkilər keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə