Gürcüstan parlamenti sentyabrın 8-də yeni hökumətə etimad göstərib.
SİA xəbər verir ki, parlamentin 98 deputatı Georqi Qaxarianın Gürcüstanın yeni Baş Naziri təyin olunmasını dəstəkləyib.
Müxalifət səsvermədə iştirak etməsə də bu səsvermənin nəticələrinə təsir etməyib.
G.Qaxaria son yeddi ildə hakim “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyasının 5-ci Baş Naziri olub.
G.Qaxarianın Baş Nazir postuna namizədliyi hakim partiya tərəfindən sentyabrın 3-də irəli sürülüb.
G. Qaxarianın rəhbərlik etdiyi hökumətin tərkibi aşağıdakı kimidir:
Maia Tskitişvili - Regional inkişaf və infrastruktur naziri
Natela Turnava - İqtisadiyyat və davamlı inkişaf naziri
David Zalkaliani - Xarici İşlər Naziri
Ivane Maçavariani - Maliyyə naziri
Mixeil Batiaşvili - Təhsil, Elm, Mədəniyyət və İdman naziri
Levan Davitaşvili - Ətraf mühitin qorunması və kənd təsərrüfatı naziri
Ekaterine Tikaradze - İşğal olunmuş ərazilərdən məcburi köçkünlər naziri, əmək, səhiyyə və sosial məsələlər naziri
Vaxtanq Qomelauri - Daxili işlər naziri
İrakli Gharibashvili - Müdafiə naziri
Tea Tsulukiani - Ədliyyə naziri
Ketevan Tsikhelashvili - Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB