BMT-də Grcüstan gənclərinin maraqlarını əlil qız müdafiə edəcək

BMT-də Grcüstan gənclərinin maraqlarını əlil qız müdafiə edəcək

Kutaisi şəhərindən olan 24 yaşlı gözdən əlil Esma Qumberidze BMT-də Gürcüstan gənclərinin maraqlarını təmsil edəcək.

SİA xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, E.Qumberidze dörd il “BMT-də Gürcüstan gənclərinin nümayəndəsi” layihəsində iştirak edib. İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini bitirən E.Qumberidze təhsilini ABŞ-da və Almaniyada davam etdirib. Ailəsi ilə Kutaisidən Tbilisiyə köçən gənc qız tərcüməçi bloqqer və teleaparıcı kimi çalışır.

“BMT-də Gürcüstan gənclərinin nümayəndəsi” adlı milli müsabiqədə qalib gələn E.Qumberidze təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında Gürcüstan nümayəndə heyətinin tərkibində tamhüquqlu üzv kimi Baş Assambleyanın tədbirlərində iştirak edəcək. O, BMT-nin komitə iclasında müasir dünyada gənclərin qarşısında duran əsas çağırışlar barədə ingilis dilində çıxış edəcək.

Nyu-Yorka getməmişdən əvvəl E.Qumberidze Gürcüstanın müxtəlif bölgələrində gənclərlə görüşlər keçirəcək.

“BMT-də gənclərin nümayəndəsi” proqramı 1981-ci ildə hazırlanıb. Gürcüstan proqrama 2012-ci ildən qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə