Rusiya Mərkəzi Seçki Komissiyasının sədrinə hücum olub

Rusiya Mərkəzi Seçki Komissiyasının sədrinə hücum olub

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Panfilovaya hücum edilib. SİA xəbər verir ki, Rusiya DİN-in məlumatına görə, sentyabrın 6-da gecə Ella Panfilovanın Moskva vilayətinin İstra şəhər dairəsindəki evinə pəncərədən daxil olan maskalı şəxs ona elektroşokerlə bir neçə dəfə vuraraq qaçıb.

İstintaqın ilkin ehtimalına görə, maskalı şəxs evə qarət məqsədilə girib. Hazırda faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə