Prezident Vladimir Putin Rusiya və Ukrayna tərəfdən saxlanılan şəxslərin dəyişdirilməsini iki ölkə arasında münasibətlərin sabitləşməsinə doğru atılacaq yaxşı addım adlandırıb. SİA xəbər verir ki, Rusiya dövlətinin başçısı saxlanılan şəxslərin dəyişdirilməsinə dair danışıqların başa çatdığını diqqətə çatdırıb, prosesin miqyaslı xarakter daşıyacağına ümid etdiyini deyib.
V.Putin qeyd edib ki, Rusiya ilə Ukrayna arasında münasibətlərin tam normallaşması qaçılmazdır. “Düşünürəm ki, tarixi perspektivdə bu, qaçılmazdır. Mən münasibətlərin tam normallaşmasını nəzərdə tuturam, çünki biz bir xalqın iki hissəsiyik”, - deyə Rusiya Prezidenti əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB